Bakıda küçədə meyit tapıldı
Bakı şəhərinin Nərimanov rayonunda kişi meyiti tapılıb.
Canlixeber.com xəbər verir ki, İzzəddin Həsənoğlu küçəsində Yardımlı rayon sakini – 1975-ci il təvəllüdlü Yalçın Cangirovun üzərində zorakılıq əlamətləri görünməyən nəşi aşkar edilib.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.
