Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü
1 min read

Astarada elektrik dirəyində təmir aparan şəxs faciəli şəkildə öldü

Astara rayonunda bədbəxt hadisə baş verib.

Canlixeber.com xəbər verir ki, rayonun Kijəbə qəsəbə sakini – 1990-cı il təvəllüdlü Babək Baxşıyev yaşayış məntəqəsinin ərazisində işıq dirəyində təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırmalar aparılır.