Ağcabədidə suvarma kanalında bir nəfər batıb
1 min read

Ağcabədidə suvarma kanalında bir nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə iyulun 26-da Qarabağ suvarma kanalının Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Canlixeber.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda 1993-cü il təvəllüdlü Orxan Feyruz oğlu İbrahimovun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.