Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb
1 min read

Hökməlidə avtoyuma məntəqəsində avtomobil yanıb

Abşeronda avtoyuma məntəqəsində avtomobil yanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb

Bildirilib ki, nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Hökməli qəsəbəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində avtoyuma məntəqəsinin daxilində “BMW” markalı minik avtomobilində baş vermiş yanğın genişlənərək obyektə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.