852 ədəd çətənə kolu məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 20-də ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 8,3 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın heroin və 1,4 kiloqramdan artıq tiryək olub.
Həmçinin tədbirlərlə yabanı halda bitmiş 852 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
