“Zirə” yamaykalı futbolçu Dameyn Smitin keçidini açıqlayıb
“Zirə” heyətini yeni futbolçu ilə gücləndirib.
Canlixeber.com xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv Dameyn Smiti heyətinə qatıb. Yamaykadan olan vingerlə 5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 20 yaşlı futbolçu daha əvvəl ölkəsinin “Rasinq Yunayted” və Birləşmiş Ərəb Əmirliklərinin “Nova Star” klublarında çıxış edib.
