Anbardan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb
Xətai rayonu ərazisində yerləşən anbarların birindən 1600 manat dəyərində elektrik naqilləri və təmir-tikinti alətləri oğurlanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı A.Hüseynov saxlanılıb.
Araşdırmalarla onun oğurladığı elektrik naqillərini satdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
