HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu… – XƏBƏRDARLIQ
1 min read

HAVA KƏSKİN DƏYİŞİR: Şimşək, dolu… – XƏBƏRDARLIQ

Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi bölgələrində hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı ehtimal olunur.