Goranboyda 4 yaşlı uşaq ot tayasını yandırdı
Goranboyda 4 yaşlı uşaq babasının ot tayasını yandırıb.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun özündə qeydə alınıb.
Rayon sakini Arzu Aslanovun həyətində olan 120 kip ot tayası yanıb.
İlkin ehtimala görə, hadisəni onun 4 yaşlı nəvəsi tərəfindən ehtiyatsızlıqdan baş verib. Hadisə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub və alov söndürülüb.
