“Səbail” Abbas Ağazadə ilə müqavilə imzalayıb
1 min read

“Səbail” Abbas Ağazadə ilə müqavilə imzalayıb

“Səbail” növbəti transferini reallaşdırıb.

Canlixeber.com xəbər verir ki, bu barədə klubdan bildirilib.

Son olaraq Premyer Liqada “İmişli”də çıxış etmiş Abbas Ağazadə ilə “1+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi ötən mövsüm Azərbaycan Premyer Liqasında 33 oyuna çıxıb və 1 qola imza atıb.