Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək öldü
1 min read

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək öldü

Sumqayıtda 48 yaşlı kişi dərmandan zəhərlənərək ölüb.

Canlixeber.com verir ki, hadisə 18-ci məhəllədə qeydə alınıb.

Belə ki, yaşadığı evdə dərman qəbul edən 1978-ci il təvəllüdlü Aslan Mustafa oğlu Əhmədov halı pisləşdiyi üçün zəhərlənmə diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

O, reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq həyatını itirib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.