“Qarabağ” ilk transferini etdi
1 min read

“Qarabağ” ilk transferini etdi

“Qarabağ” heyətini yeni futbolçu ilə gücləndirib.

Canlixeber.com xəbər verir ki, Ağdam təmsilçisi 2026/27 mövsümü üçün ilk transferini reallaşdırıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Jali Muaddibin son klubu Kipr təmsilçisi “Omoniya Aradippu” olub. Fransalı futbolçu karyerası ərzində vətənində “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da çıxış edib. O, Rumıniyada isə “Botoşani”nin formasını geyinib.Qeyd edək ki, Muaddib Fransanın U-19 millisində də çıxış edib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *