“Qəbələ” Səlahət Ağayevlə yeni müqavilə imzaladı
1 min read

“Qəbələ” Səlahət Ağayevlə yeni müqavilə imzaladı

“Qəbələ” klubu qapıçısı Səlahət Ağayevlə müqavilənin müddətini uzadıb.

Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Təcrübəli qolkiper daha bir il komandanın formasını geyinəcək. Səlahət Ağayev “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022/2023, 2024/2025 və 2025/2026 komandanın uğurları üçün mübarizə aparıb.

Qeyd edək ki, qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyuna çıxıb.