DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı
1 min read

DİN ötən gün aşkar olunan silah-sursatların sayını açıqladı

İyunun 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 9 avtomat silahı, 21 tüfəng və 2 patron darağı aşkar edərək götürüblər.


Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyini məlumat yayıb.


Bildirilib ki, nazirliyin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.