Dünən 5.6 ton çətənə məhv edilib
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 30-da ümumi çəkisi 141,5 kiloqramdan artıq narkotik vasitə və güclü təsiredici xassəyə malik 2004 ədəd metadon həbi aşkar olunaraq götürülüb.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Həmçinin qeyd edilib ki, kultivasiya yolu ilə yetişdirilmiş 22 ədəd çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 5,6 ton çəkidə 30403 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.
Bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
