Ağdamda 71 yaşlı kişi pilləkəndən yıxılıb öldü
Ağdam rayonunda kişi bədbəxt hadisə nəticəsində ölüb.
Canlixeber.com xəbər verir ki, hadisə iyunun 28-də axşam saatlarında şəhər ərazisindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib.
Şəhər sakini, 1955-ci il təvəllüdlü Baxşeyiş Bayram oğlu Əmirov ehtiyatsızlıqdan yaşadığı evin pilləkənindən yıxılıb. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
