6.8 ton çətənə məhv edilib
1 min read

6.8 ton çətənə məhv edilib

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 29-da ümumi çəkisi 1,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Həmçinin yabanı halda bitmiş 6,8 ton çəkidə 20136 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.