Polis əməliyyat keçirdi, qanunsuz silahlar aşkarlandı
İyunun 27-də və 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 1 tapança, 16 tüfəng, 1 patron darağı və 269 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
