Bu gün çimərliklərdə hava küləkli olacaq?
1 min read

Bu gün çimərliklərdə hava küləkli olacaq?

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 29-da cənub-qərb küləyi səhər mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 19-20,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 21-22 dərəcə isti olacaq.