Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib
1 min read

Azərbaycan Premyer liqasında iki futbolçu 200-cü oyununu keçirib

Misli Premyer Liqasının XXXII turu “Kəpəz”in futbolçusu Ehtiram Şahverdiyev və “Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev üçün əlamətdar olub.

Canlixeber.com xəbər verir ki, onlar Misli Premyer liqasında 200-cü oyunlarını keçiriblər.

Belə ki, E.Şahverdiyev üçün Yubiley “Araz-Naxçıvan”la səfər görüşünə (0:2) təsadüf edib.O, bu qarşılaşmalarda 6 qola imza atıb. Premyer Liqada 2015/16 mövsümündə “Qəbələ” forması ilə debüt edən Şahverdiyev 4 klubda çıxış edib.

Ehtiram “Kəpəz”də daha çox – 96 matça (3 qol) çıxıb. O, “Sumqayıt”da 43 (1 qol), “Qəbələ”də 35 (1 qol), “Turan Tovuz”da 26 (1 qol) dəfə meydana çıxıb.

A.İsayev isə 200-cü oyuna “Neftçi” ilə ev matçına (1:2) start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə “Sumqayıt” forması ilə gerçəkləşən Aleksey yubiley matçında qol sevinci də yaşayıb. Bu, yarımmüdafiəçinin 15-ci qolu olub.O, Premyer Liqada 3 klubun formasını geyinikəpəzb. İsayev “Sabah”da 118 (14 qol), “Qarabağ”da 44 (1 qol), “Sumqayıt”da 38 dəfə şans qazanıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *