Astarada sahibkar mağazasında ÖLDÜ
1 min read

Astarada sahibkar mağazasında ÖLDÜ

Astara rayonunda 60 yaşlı kişi mağazada ölüb.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib.

Kənd sakini 1966-cı il təvəllüdlü Həmidulla İbadulla oğlu Nəcəfov iyunun 24-də kənd ərazisində yerləşən mağazasında ürək çatışmazlığından ölüb.

Faktla bağlı Astara Rayon Prokurorluğu araşdırma aparır.