Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: Xəsarət alanlar var
1 min read

Salyanda sərnişin avtobusu ilə minik avtomobili toqquşdu: Xəsarət alanlar var

Salyan rayonunda “Ford Transit” markalı sərnişin mikroavtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub.

Canlixeber.com xəbər verir ki, hadisə köhnə Ələt-Astara magistral yolunun Çuxanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qəza nəticəsində beş nəfər – 1957-ci il təvəllüdlü Etibar Ağamməd oğlu Həsənov, 1969-cu il təvəllüdlü Xoşqədəm Əli qızı Veysəlova, 2006-cı il təvəllüdlü Gülşən Tehran qızı Veysəlova, 1992-ci il təvəllüdlü Əlihüseyn Qədəmşah oğlu Bağırov və 1995-ci il təvəllüdlü Adil Fəxrəddin oğlu Əkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alan şəxslər Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.