Tovuzda ferma yandı, heyvanlar tələf oldu
1 min read

Tovuzda ferma yandı, heyvanlar tələf oldu

Tovuzda yanğın qeydə alınıb

Canlixeber.com “Unikal”a istinadla xəbər verir ki, hadisə Ceyrançölü adlanan ərazidə baş verib. Belə ki sözügedən ərazidə yerləşən, rayon sakini 1974-cü il təvəllüdlü Məhəmməd Məhəmmədova məxsus ümumi sahəsi 360 kv metrə yaxın olan xırdabuynuzlu mal-qara saxlanılan fermada qəfil yanğın olub. Alov qısa müddətdə geniş ərazini cənginə alıb.

Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz və Şəmkir rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb,fermanın qalan hissəsi yanğından mühafizə olunub.

Nəticədə 360 kv metrə yaxın olan fermanın 160 kv metri yanıb. Həmçinin, yanğın zamanı fermada olan bir neçə qoyun tələf olub, 5 ton ot bağlaması isə yanıb. Xeyli xırdabuynuzlu mal-qara xilas edilib. Hazırda hadisə yerinə adiyyatı qrumların əməkdaşları cəlb edilib. Baş verən yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *