Ağdərədə “Niva” aşdı: Xəsarət alanlar var
1 min read

Ağdərədə “Niva” aşdı: Xəsarət alanlar var

Ağdərə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Çardaqlı kəndi ərazisində qeydə alınıb.

Kənd ərazisində hərəkətdə olan “Niva” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Hadisə nəticəsində sürücü İsa Ağayev, sürücünün atası Bəhram Ağayev və digər sərnişin Samir Məmmədov ağır xəsarət alıblar.Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.