Xəzər rayonunda 13 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Canlixeber.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən 22 yaşlı Cahid İbrahimov saxlanılıb. Ondan 13 kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə C.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilib.
