Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR
1 min read

Bakıda qadın sürücü qəza törətdi, ÖLƏN VAR

Bakıda qadın sürücü piyadanı vurub öldürüb.

Canlixeber.com xəbər verir ki, Şəfəq Fərman qızı Məmmədova idarə etdiyi “Mazda” markalı avtomobillə paytaxtın Nəsimi rayonu, Cavadxan 23 ünvanında hərəkətdə olarkən piyada Arzu Əhməd qızı Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.