“Şəfa” Nicat Mehbalıyevlə müqavilə imzalayıb
1 min read

“Şəfa” Nicat Mehbalıyevlə müqavilə imzalayıb

“Şəfa” növbəti transferini reallaşdırıb.

Canlixeber.com kluba istinadən xəbər verir ki, qapıçı Nicat Mehbalıyevlə 1 illik müqavilə imzalanıb.

N.Mehbalıyev son olaraq “Sabah”ın formasını geyinib və ötən mövsüm Misli Premyer Liqasının və Azərbaycan Kubokunun qalibi olub.

25 yaşlı qolkiper karyerası ərzində “Qarabağ”ın da üzvü olub. O, müxtəlif vaxtlarda icarə əsasında “Sumqayıt” və “Qəbələ” klublarında çıxış edib.