Hava ilə bağlı xəbərdarlıq: Bakı və şəhərətrafı ərazilərə dolu düşə bilər
Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu düşəcəyi gözlənilir.
Canlixeber.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 15.40-a olan məlumata əsasən hazırda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərinə dolu prosesinin olacağı ehtimalı var.
