Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
1 min read

Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Canlixeber.com xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib

Elvin Səfərlinin idarə etdiyi “Changan” markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.