ABŞ-də təyyarə yerə çırpıldı, bütün heyət öldü
1 min read

ABŞ-də təyyarə yerə çırpıldı, bütün heyət öldü

ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində qəzaya uğrayan “Learjet 60” biznes təyyarəsində olan doqquz nəfərin hamısı həlak olub.

Canlixeber.com xəbər verir ki, yerə çırpılan “Learjet 60” təyyarəsinin qadın pilotu qəzadan saniyələr öncə dispetçerlə əlaqə yaradaraq hündürlüyün kəskin şəkildə azaldığını bildirib.

Qadın pilotun son sözləri belə olub:

“Dəqiqədə 8 min fut enirik, “meydey”, “meydey”, 10 min fut aşağı düşürük, sürətimiz artır, dəqiqədə 20 min fut eniş edirik”.

Daha sonra o, fəryad edərək son olaraq bu sözləri qışqırıb:

“Biz indicə yerə çırpılacağıq! Lənət olsun, artıq vaxtımız qalmadı!”

Qeyd edək ki, ABŞ-nin nəqliyyat naziri Şon Daffi bir müddət öncə Palm-Biçdə (Florida ştatı) küçəyə düşən təyyarənin göyərtəsində doqquz nəfərin olduğunu və faciə zamanı heç kimin sağ qalmadığını açıqlamışdı.