ABŞ-də stadionda atışma olub, ölən və yaralananlar var
ABŞ-nin Alabama ştatının Birmingem şəhərindəki Legion Field stadionunun yaxınlığında baş verən atışma nəticəsində azı bir nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.
Bu barədə “ABC News” telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, ümumilikdə doqquz nəfər odlu silahdan açılan atəş nəticəsində yaralanıb, onlardan biri ölüb. Daha bir zərərçəkənin vəziyyəti kritik qiymətləndirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində bir neçə odlu silah aşkar ediblər. Şübhəli şəxs saxlanılaraq dindirilmək üçün polisə aparılıb.
Bundan əvvəl telekanalın yerli bölməsi hadisə nəticəsində bir neçə nəfərin xəsarət aldığını bildirmişdi. Qeyd olunurdu ki, insident yerli vaxtla saat 19:50-də Amerika futbolu üzrə matç başa çatdıqdan bir neçə saat sonra baş verib.
