Masazırda qəza: Ölən var
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə rayonun Masazır kəndi ərazisində qeydə alınıb.
Vahim Xankişi oğlu Vahidov idarə etdiyi “Mercedes-Benz Viano” avtomobili ilə “Duzlu göl” adlanan ərazidə piyada Zaur Zakir oğlu Əzimovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
