Sabah bulvarda atraksionlar pulsuz olacaq
1 min read

Sabah bulvarda atraksionlar pulsuz olacaq

Sabah dənizkənarı bulvarda atraksionlar pulsuz olacaq.

Canlixeber.com xəbər verir ki, 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Dənizkənarı Milli Parkda uşaqlar atraksion və karusellərin əksəriyyəti, qatarlar uşaqların pulsuz istifadəsinə veriləcək.

Məlumata görə, atraksionlardan pulsuz istifadə 15 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.

Qeyd olunub ki, uşaqların atraksionlardan pulsuz istifadə etməsi sabah saat 09:00-dan 15:00-dək mümkün olacaq.