Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb
1 min read

Biləsuvarda avtomobil aşıb: Bir nəfər ölüb, sürücü yaralanıb

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunda qeydə alınıb.

1989-cu il təvəllüdlü Elvin Məhərrəmov idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Qəza nəticəsində sürücü xəsarət alaraq İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Onun sərnişini 1996-cı il təvəllüdlü Elnur Rüstəmov isə aldığı xəsarətlərdən ölüb

Faktla bağlı araşdırma aparılır.