Bakıda Türkiyənin məşhur seriallarına aktyor seçən şirkətə cinayət işi açıldı
Azərbaycanda fəaliyyət göstərən “Devin Media”nın Türkiyənin məşhur seriallarına aktyor seçimi adı altında vətəndaşları aldatması şikayətləri ilə bağlı cinayət işi açılıb.
Canlixeber.com Lent.az-a istinadən xəbər verir ki, bu barədə hüquqşünas Xəyal Məmmədov məlumat verib.
Onun sözlərinə görə, vətəndaşlardan daxil olan çox sayda şikayət əsasında Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
Hüquqşünas onu da qeyd edib ki, “Devin Media”dan şikayətçi olanların sayı da artıb.
