Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
1 min read

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev “Volkswagen” markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü və sərnişini 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu Əliyev hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.