Goranboyda həkim dərmandan zəhərlənib
Goranboyda uşaq həkimi dərmandan zəhərlənib.
Canlixeber.com xəbər verir ki,bhadisə Goranboy şəhərində qeydə alınıb.
Şəhər sakini, 1962-ci il təvəllüdlü Təranə Adil qızı Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım göstərilib. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.
Qadının hansı şəraitdə dərmandan zəhərləndiyi məlum deyil.
Qeyd edək ki, T. Hüseynova Goranboy Rayon Mərkəzi Xəstəxanasında uşaq həkimi işləyir.
Faktla bağlı araşdırma aparılır.
