Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən dünya çempionatında ilk görüşünü qələbə ilə başa vurub.
Canlixeber.com xəbər verir ki, Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və 2024-cü ilin dünya çempionu 100 kq çəki dərəcəsində mübarizəyə 1/32 final mərhələsindən başlayıb.
Z.Kotsoyev ilk görüşündə Türkmənistan təmsilçisi Baymırat Majanovla qarşılaşıb. Azərbaycan idmançısı rəqibini vaxtından əvvəl ipponla məğlub edərək növbəti mərhələyə yüksəlib.
