Xəzər rayonunda qəza olub, sürücü çətin vəziyyətdə qalıb
1 min read

Xəzər rayonunda qəza olub, sürücü çətin vəziyyətdə qalıb

Xəzər rayonu, Mərdəkan qəsəbəsində yol-nəqliyyat qəzasının baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.

Canlixeber.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən “Lada Granta” markalı minik avtomobili və “Daewoo” markalı avtobusun iştirakı ilə yol-qəza hadisəsinin baş verdiyi və “Lada Granta” markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində vətəndaşın deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1985-ci il təvəllüdlü Qədimov Elçin Qədim oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.