Astarada maşın dərəyə aşdı: Ölən var
1 min read

Astarada maşın dərəyə aşdı: Ölən var

Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Hamoşam kəndi ərazisində qeydə alınıb.

Kənd sakini Əlikram Abdulla oğlu Ağayev yaşadığı ərazisində VAZ-2121 markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib, maşın yoldan çıxaraq dərəyə aşıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.