İrina Zaretska Avstriyada qızıl medal qazandı
Azərbaycan karate millisinin üzvü İrina Zaretska Avstriyanın Zaltsburq şəhərində keçirilən “Karate 1 – A Seriyası” turnirində qızıl medal qazanıb.
Canlixeber.com xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
İ.Zaretska 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
