Bakı-Quba yolunda qəza: Ölən var
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Canlixeber.com xəbər verir ki, hadisə bu gün yolun 16-cı kilometrliyində qeydə alınıb.
E.Xanquliyevin idarə etdiyi “Ford Transit” markalı 50-DN-545 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən piyada Y.Dadaşovanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
