Masallıda avtomobil darvazaya çırpıldı – Ölənlər var
1 min read

Masallıda avtomobil darvazaya çırpıldı – Ölənlər var

Masallı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində olub.

Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Eminağa Həşimov VAZ-2101 markalı avtomobiə idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarındakı darvazaya çırpılıb. Hadisə nəticəsində sürücü və və sərnişini, 1993-cü il təvəllüdlü Elvin İbrahimov aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.