Bakıda “ADEX 2026” və “Securex Caspian” sərgiləri işə başladı
1 min read

Bakıda “ADEX 2026” və “Securex Caspian” sərgiləri işə başladı

“ADEX 2026” VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və “Securex Caspian” XV yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi fəaliyyətə başlayıb.

Canlixeber.com xəbər verir ki, sərgilər Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində keçirilir.

Üç gün davam edəcək sərgilərin açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun və beynəlxalq təşkilatların nümayəndələri, xarici ölkələrin nümayəndə heyətləri, eləcə də digər aidiyyəti qurumların təmsilçiləri iştirak edirlər.

Açılış mərasimində müdafiə sənayesi naziri Vüqar Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin sərgi iştirakçılarına ünvanladığı məktubu oxuyub.