NTD bir neçə basketbolçu ilə yollarını ayırıb
1 min read

NTD bir neçə basketbolçu ilə yollarını ayırıb

NTD bir neçə basketbolçusu ilə yollarını ayırıb.

Canlixeber.com xəbər verir ki, bu barədə klubdan məlumat verilib.

Paytaxt təmsilçisi Murad Babayev, Deniz Berkoz, Ramazan Qarayev və Hacısaməd Oğuzla vidalaşıb.

Budan əlavə, legionerlər Harrison Batler, Cessi Gi, Lakim Makaliley, Langdon Hatton, Tay Kokfild və Zeyn Noulsla müqavilələr yenilənməyib.

Azərbaycanın U-20 millisinin basketbolçuları Oğuzxan Quliyev və Mübariz Mirzəyev ilə sözləşmənin müddəti uzadılıb. Hər iki oyunçu daha bir il paytaxt təmsilçisinin formasını geyinəcək.