Naxçıvanda maşın yolu keçən qadını vurdu
1 min read

Naxçıvanda maşın yolu keçən qadını vurdu

Naxçıvan şəhərinin Əziz Əliyev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Canlixeber.com xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb.

Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Cəmilə Baxışəliyevanı vurub.

Xəsarət alan 63 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.