Cəlilabadda 44 yaşlı qadın evində yandı
1 min read

Cəlilabadda 44 yaşlı qadın evində yandı

Cəlilabad rayonunda qadın evində yanıb.

Canlixeber.com xəbər verir ki, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib.

Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.