Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib
1 min read

Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı dəyişib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib.

Canlixeber.com xəbər verir ki, Füzuli şəhər Kurmanqazı adına İncəsənət Məktəbi və Xankəndi şəhər İncəsənət Məktəbi Mədəniyyət Nazirliyinin strukturuna daxil

olmayan tabeliyindəki büdcədən maliyyələşdirilən qurumların siyahına daxil edilib.