“Gəncə” meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb
Meksikalı mütəxəssis İvan Luna “Gəncə” basketbol klubunun məşqçilər korpusuna cəlb olunub.
Canlixeber.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mütəxəssislə yeni mövsümün sonunadək müqavilə imzalanıb. İ.Luna basketbolçuların fiziki və kondisiya hazırlığına nəzarət edəcək.
O, vətəni ilə yanaşı, Litvada da çalışıb.
