“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edildi
1 min read

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edildi

“Səfərbərlik ehtiyatlarının nomenklaturası” təsdiq edilib.

Canlixeber.com xəbər verir ki, bu barədə Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Maliyyə Nazirliyi səfərbərlik ehtiyatlarının nomenklaturasında qeyd edilən malların tədarükünün 2027-ci ilin dövlət büdcəsindən maliyyələşdirilməsinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

Dövlət Ehtiyatları Agentliyi səfərbərlik ehtiyatlarının nomenklaturası üzrə ehtiyatların uçotunun aparılmasını və bu sahədə nəzarətin həyata keçirilməsini təmin edəcək.